80-ci illərin məşhur aktrisası Bruk Şilds Sakit okeanı sahilindəki malikanəsini satışa çıxarıb.

Unikal.org xəbər verir ki, 56 yaşlı aktrisanın Kaliforniyadakı villasının satış qiyməti 8 milyon 195 min dollardır.

Üç mərtəbəli evdə 5 yataq və 6 hamam otağı var. Şilds bu villanı 10 il əvvəl tennisçi Andre Aqassi ilə evli olarkən 3,3 milyon dollara alıb.