ABŞ-ın Azərbaycandakı səfirliyi Baş Prokurorluğun Azərbaycanda məişət zorakılığının aradan qaldırılmasının vacibliyini vurğulamasını alqışlayır.
Unikal.org
xəbər verir ki, bu barədə səfirliyin Feysbuk səhifəsində məlumat paylaşılıb.  Bildirilir ki, dünyada milyonlarla qadın məişət zorakılığının qurbanı olub və Azərbaycanda 2021-ci ilin birinci yarısında 33 qadının bu dəhşətli cinayət nəticəsində həyatını itirməsi xəbəri bizi dərindən kədərləndirir: “Məişət zorakılığı və qadınlara qarşı digər zorakılıq növlərinin aradan qaldırılmasına kömək etmək üçün Azərbaycan hökuməti və Azərbaycan vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməkdən qürur duyacağıq”.
Xatırladaq ki,Baş Prokurorluq qadınlara qarşı zorakılıq halları ilə bağlı müraciət edib.