Ekologiya və Təbii Sərvətlər nazirliyi Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) Mənzil Kommunal Təsərrüfatı İdarəsi barəsində inzibati qaydada protokol tərtib edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, idarə inzibati xətalar məcəlləsinin 266.2-ci (Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə) maddəsini pozmaqda təqsirli bilinir.

Protokol baxılması üçün Xaçmaz rayon məhkəməsinə göndərilib. İşə hakim İlkin Xəlilovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən inzibati xətanın törədilməsinə görə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir

Seymur Əli