Türkiyədə sel fəlakətindən ölənlərin sayı 44 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bu barədə məlumat yayıb.

Bildirilib ki, Kastamonu vilayətində 36, Sinopda 7, Bartında bir nəfər sel fəlakətinin qurbanı olub.

***

13:04

Türkiyədə sel nəticəsində ölənlərin sayı 41-ə çatıb.

Unikal.org "Haber Global"a istinadən xəbər verir ki, axtarışlar nəticəsində Bartında itkin düşmüş qadının cəsədi tapılıb.

Bununla da həyatını itirənlərin sayı 41-ə yüksəlib.

***

10:02

Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a yüksəlib.

Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, Kastamonu şəhərində 34, Sinopda isə 6 nəfər həyatını itirib.

Hazırda itkin düşən 1 nəfərin axtarışları davam etdirilir.

Qeyd edək ki, Türkiyənin Qara dəniz sahillərində yerləşən Kastamonu, Bartın və Sinop şəhərlərində leysan yağışları nəticəsində sel fəlakəti yaşanıb. Genişmiqyaslı dağıntılar baş verib, şəhərlərə böyük ziyan dəyib.