Çinin şimal-qərbindəki Sinxay əyalətində kömür şaxtasının su altında qalması nəticəsində azı bir nəfər ölüb, 19 nəfər dağıntılar altında qalıb.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası bildirib.

Məlumata görə, hadisə yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə 08:10-da) Qanqtsa rayonunda yerləşən obyektdə baş verib. Qaya çökəndə şaxtada 21 nəfər olub. Onlardan biri çıxarılıb, onun vəziyyəti ağırdır.

Hadisə yerində xilasetmə işləri davam edir. Qəzanın təfərrüatları dəqiqləşdirilir.