Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Biləsuvar rayonunun İsmətli kənd sakini olan qadının özünü və azyaşlı oğlunu kənd ərazisindən keçən su kanalına atmasına münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Unikal.org-a açıqlamasında bildirib ki, məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin Gender zorakılığı ve uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu ilə əlaqə saxlanılıb.

O qeyd edib ki, Dövlət Komitəsinə verilən məlumata əsasən hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən başlanılmış əməliyyat-istintaq tədbirləri davam edir.

T.Mərdanoğlu bildirib ki, Dövlət Komitəsi məsələni nəzarətdə saxlayır.

“Bir daha əhaliyə müraciət edərək bildiririk ki, bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün ailələrdə zorakılıq halları ilə bağlı əvvəlcədən xəbərdar olan şəxslər bizi məlumatlandırsınlar. Bunun üçün bizim 860 qaynar xəttimiz fəaliyyət göstərir”, - T.Mərdanoğlu əlavə edib.