Oğuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə bu gün axşam saatlarında Kərimli kəndində qeydə alınıb.
Kənd sakini, 1954-cü il təvəllüdlü Niyaz Qəni oğlu Teyyubov yolu keçərkən minik avtomobili onu vurub. Yaralı Oğuz Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.