Xəbər verdiyimiz kimi, "Taliban" qruplaşması Əfqanıstanın paytaxtı Kabili ələ keçirib. 

Unikal.org  xəbər verir ki, paytaxt sakinləri, o cümlədən, ölkə rəhbərləri belə Əfqanıstanı tərk etməyə başlayıb. "Taliban" isə məşhur şəxslərin evlərini ələ keçirərək, həmin yerdən görüntülər  paylaşırlar.  

Belə görüntülərdən biri də, türklərin yaxın dostu, tanınmış general Əbdül Rəşid Dostumun villasıdır. Həmin anları  sosial mediada paylaşan "Taliban" qruplaşması villanı viran etdiklərini və  Dostumun qaçdığını  bildiriblər. 

Məlumata  görə, Özbək əslli Əfqanıstan generalı Əbdül Rəşid Dostum "Taliban"ın Kabilə  girməsindən sonra Özbəkistana qaçıb. 

Gülayə  Mecid