Meksikanın paytaxtı Mexiko şəhərində bir yaşayış binasında baş verən qaz partlayışı nəticəsində azı 22 nəfər yaralanıb.

Unikal.org  xəbər verir ki, partlayışda xəsarət alan 4 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda partlayış yerində təcili yardım xidmətləri işləyir. Ölənlər barədə məlumat verilməyib.