Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 216 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 19 320 nəfər COVID-19 infeksiyasına yoluxub, 14 743 nəfər isə sağalıb.