ABŞ Qvineya-Bisau silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi Antonio İndjainin başına pul mükafatı qoyub.

Unikal.org xəbər verir ki, Amerika hökuməti Antonio İndjai haqqında məlumat verəcək şəxsə 5 milyon dollar mükafat ödəməyə hazırdır.

Qeyd olunub ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays məlumat verib:

"ABŞ Dövlət Departamenti Qvineya-Bisau vətəndaşı Antonio İndjainin tutulması və ya ona qarşı məlumat verəcək şəxsə 5 milyon dollara qədər mükafat təklif edir".

Bildirilib ki, İndjai narkotik ticarəti, sui-qəsd, kokain idxalı, xarici terror təşkilatına maddi dəstək vermək kimi cinayətlərdə ittiham olunur. 

Ağarza Elçinoğlu