Əlcəzairin şərqində yerləşən Msila əyalətində qum fırtınası baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, əyalətin Ain El-Hajal bölgəsində baş verən qum fırtınası zamanı səma qızılı rəngə boyanıb.

Məlumata görə, qum fırtınası nəticəsində görmə məsafəsi əhəmiyyətli dərəcədə azalıb və avtomobillərin hərəkətində ciddi maneələr yaranıb. 

Bununla yanaşı, tənəffüs problemi olan şəxslərə mümkün qədər çölə çıxmamaları tövsiyə edilib.

Ağarza Elçinoğlu