ABŞ Əfqanıstanın paytaxtı Kabildə təxliyə əməliyyatları başladıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan "Taliban"ın əlinə keçdikdən sonra vətəndaşlarını ölkədən çıxarmağa başlayan Vaşinqton rəhbərliyi təxliyə prosesini yaxından izləmək üçün bölgədə "RC-135" tipli casus təyyarələri havaya qaldırıb.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "F-18" döyüş təyyarələrinin də təhlükəsizliyi təmin etmək üçün Kabil Hava Limanı ətrafında uçduğu bildirilib.

Ağarza Elçinoğlu