“NATO Əfqanıstandakı hərbi missiyasını tamamladı, müttəfiqlər indi yalnız Kabul hava limanının ərazisindədir”.

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katib Yens Stoltenberq alyansın xarici işlər nazirləri ilə keçirilən videokonfransdan sonra deyib.

Baş katib hər bir ölkənin Əfqanıstana çatdırılan silah və texnikaya görə məsuliyyət daşıdığını bildirib. O qeyd edib ki, bir sıra ölkələr Əfqanıstanda bütün qüvvələrini və texnikalarını geri qaytarmaq üçün mümkün olan hər şeyi edib.