"Bu xalqı muğamla məhv etdilər. Muğamda tərki-dünyalıq var. O, insanı uyudur, ictimai-siyasi proseslərdən uzaq saxlayır". 

Unikal.org xəbər verir ki, bu sözləri gənc yazar Nicat Həşimzadə öz "Facebook" hesabında bildirib. 

Bir neçə dəyərli kitab və söz sahibi olan yazar onu da qeyd edib ki, muğamın elə bir enerjisi var ki, o, insanı sürətli düşüncədən uzaqlaşdırır: 

"Muğam narkotikdir. Muğamın təbliğ olunduğu ölkədə xalq siyasiləşə bilməz, vətəndaş cəmiyyəti yarana bilməz. 

Bir daha deyirəm, muğam narko-dalğadır. Xüsusi bir enerjisi var, beyini yatırır, insanın sürətli düşüncəsini məhv edir.

Bir sözlə, muğamla xalqımızı məhv etdilər".

Ağarza Elçinoğlu