"Taliban"la siyasi təmasımız yoxdur. "Taliban"ı tanımırıq. Sadəcə, insan həyatını xilas etmək üçün onlarla operativ təmasımız var".

Unikal.org xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen mətbuat konfransı zamanı deyib.

"Kabildəki insanların hava limanına gətirilməsini təmin etmək istəyirik. Talibana qulaq asa bilərik. Amma onları sözlərinə görə dəyərləndirəcəyik.

Uşaqların və qadınların hüquqlarını inkar edən bir rejimə bir avro belə verilməyəcək", - deyə Aİ Komissiyasının Prezidenti bildirib.