Kabilin süqutu və ölkədən qaçmasından bir gün əvvəl Əfqanıstan Prezidenti Əşrəf Qəni Amerikanı Taliban hərəkatı ilə sona qədər mübarizə aparmaq niyyətində olduğuna inandırıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

"Şahidi olduğum hadisə olduqca təəccüblü idi. Hakimiyyət süqut etdi, silahlı qüvvələr dağıldı", - deyə dövlət katibi bildirib.