Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulmuş tələblərin və  verilən tapşırıqların icrası ilə bağlı Nərimanov rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən keçirilən reydlər gücləndirilmişdir.

Unikal.org  xəbər verir ki,  ötən gün Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsi tərəfindən keçirilən birgə növbəti reyd zamanı marketlərdə, bazarlarda, apteklərdə və digər ictimai-iaşə obyektlərində qarşıya qoyulmuş tələb ilə fəailəyyət göstərməsi yoxlanılmış, xidməti heyəti ilə maarifləndirici söhbətlər aparılmış, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunub. 

Gənclər və könüllülərin  də daxil olduğu mobil qrupların üzvləri tərəfindən fəaliyyət göstərən obyektlərin girişlərində sakinlərin hərarətinin yoxlanılması üçün avadanlıqlar və xüsusi dezinfeksiyaedici məhlulların mövcüd olması, işçi heyətinin tibbi maskadan istifadəsi  yoxlanılıb. 

O cümlədən, mobil qruplar tərəfindən əhalinin daha intensiv istifadə etdiyi saatlarda ictimai nəqliyyat vasitələrində də maskadan istifadə edilməsi yoxlanılmış, onlarla virusdan qorunmağın vacibliyi izah edilmiş, arzu edən şəxslərə isə maska paylanıb. 

İctimai nəqliyyatda və ictimai-iaşə obyektlərində karantin rejiminin qaydalarını pozan şəxslər hüquq mühafizə orqanları tərəfindən müvafiq qaydada cərimə edilmiş, bundan sonra epidemiya əleyhinə rejimin qaydalarına riayət etmələri tövsiyə edilib. 

Reydlər zamanı peyvəndlənmə ilə bağlı sakinlərlə maarifləndirici söhbətlər aparılmış, peyvəndin dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycanda daha əlçatan olması izah edilərək, rayon ərazisində peyvənd məntəqələri barədə ətraflı məlumat verilib.  

Nərimanov Rayon İcra Hakimiyyəti peyvədlənmənin virusdan qorunmağın ən yaxşı vasitə olduğunu bir daha sakinlərin diqqətinə çatdıraraq əhalini daha aktiv peyvənd olunmağa dəvət edir və yarana biləcək hər hansı sualla bağlı RİH-nin Qaynar Xəttinə (1643) müraciət etməyi xahiş edir.