Əfqanıstanı idarə etmək üçün "Taliban" hərakatının rəhbərliyi şura yaratmaq istəyir. 

Unikal.org xəbər verir ki, onlar şuraya 12 nəfər, həmçinin ölkənin əvvəlki hökumətinin bəzi üzvlərini də daxil etmək istəyirlər.

Hərəkatın liderlərinə yaxin mənəblərin məlumatına əsasən, şurada ən nüfuzlu üç şəxs -  "Taliban" siyasi qanadının lideri Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Ömərin oğlu, "Taliban" hərbi komissiyasının rəhbəri Mövlavi Yaqub və səhra komandiri, eləcə də "Haqqani Şəbəkəsi" təxribat qrupunun lideri Sirajuddin Haqqani olacaq. 

Qeyd olunub ki, "Taliban" Əfqanıstanda prezident və ya hər hansı digər vahid lider postunu bərpa etməyəcək. 

Ağarza Elçinoğlu