Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür. Bu ölümdən qaçmaq da mümkün ola bilərdi.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Henrietta For öz açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu il 1,6 milyon uşaq zorakılıq nəticəsində didərgin düşüb:

"Bu gün Yəməndə 21 milyona yaxın insanın, o cümlədən 11,3 milyon uşağın sağ qalması üçün humanitar yardıma ehtiyacı var. 2,3 milyon uşaq qida tapa bilmir və 5 yaşa qədər təxminən 400 min uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir – onlar qaçılmaz ölümlə üz-üzədirlər". 

"Yəməndə qarşısının alınması mümkün ola bilən səbəblərdən, qida çatışmazlığından və peyvəndlə qarşısı alına bilən xəstəliklərdən hər 10 dəqiqədə bir uşaq ölür", - deyə UNICEF rəhbəri əlavə edib.

Ağarza Elçinoğlu