Avqust ayının 24-də Zambiyanın yeni prezidenti Hakainde Hiçilemanın andiçmə mərasimi keçirilib. 

Unikal.org xəbər verir ki, yüzlərlə yüksək rütbəli şəxs və minlərlə sadə vətəndaş ölkənin yeni prezidenti Hakainde Hiçilemanın andiçmə mərasiminin şahidi olmaq üçün Zambiyanın paytaxtı Lusakadakı Milli Qəhrəmanlar Stadionuna toplaşıb.

Açılışdan sonra çıxış edən Hiçilema bildirib ki, hökumətin bütün vətəndaşlarının xeyrinə çalışacaq. O, insanları yoxsulluqdan çıxarmaq üçün iqtisadiyyatı düzəldəcəyini və inkişaf etdirəcəyini bildirib. 

Zambiyanın yeddinci prezidenti olan Hiçilema, korrupsiyaya qarşı mübarizənin idarəçiliyin əsas xüsusiyyəti olacağını deyib. 

Ağarza Elçinoğlu