Əfqanıstanın eks-prezidenti Əşrəf Qani Dubaya 169 milyon dollarla qaçıb.

Unikal.org  xəbər verir ki, bu iddia ilə "Nyu York Post" qəzeti çıxış edib.

Məsələ ilə bağlı açıqlama verən Qani yayılan iddianı təkzib edib və "sürgündə" qalmaq fikrində olmadığını, ölkəyə qayıtmaq üçün danışıqlar apardığını vurğulayıb. Qani Talibanla hökumət qüvvələri arasında aparılan danışıqları da dəstəklədiyini qeyd edib.

Qəzet bildirib ki, son illər BƏƏ-nin siyasi sığınacaq istəyən yüksək vəzifəli şəxslərə "qapılarını" açması Qaninin də bu ölkəyə müraciət etməsində mühüm rol oynayıb. BƏƏ rəhbərliyi isə Qanini humanitar səbəblərdən dolayı qəbul etdiklərini bəyan edib.