“Zoobulvar” əyləncə mərkəzində alpakanın əlverişsiz şəraitdə saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xidmətin rəsmisi Vaqif Cavadov Unikal.org-a bildirib ki, sözügedən mərkəzə keçirilən baxış zamanı heyvanın saxlanma şəraitinin həqiqətən də əlverişli olmadığı məlum olub:

“Alpakanın saxlanma şəraitinin yaxşılaşdırılması və təbii biotopa uyğun saxlanılmasının təmin olunması üçün mərkəzin rəhbəri Fuad Əliyevə məcburi göstəriş verilib”.

V.Cavadov məsələnin Nazirliyin nəzarətində saxlanılacağını qeyd edib.

Seymur Əli