"Kanal D" ekranında yayımlanan "Arka Sokaklar" serialının "Hüsnü Çoban"ı imicində  illər sonra  dəyişikliklər  edib.  

Unikal.org  xəbər verir ki, məşhur  aktyor Özgür Ozan geyim tərzində  və  saçında etdiyi dəyişikliklərlə diqqət  çəkib. Belə  ki,  Özgür Ozan bunu  yeni serial  çəkilişləri  üçün etdiyini  bildirib. Aktyorun izləyiciləri həmin fotolara  "Sən daha cavansan" şərhini yazıblar.

Qeyd edək ki,  "Hüsnü Çoban"ın "Arka Sokaklar" serialından ayrıldığı iddia olunur. 

Gülayə Mecid