Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı dağlıq ərazidəki meşə sahəsində yanğın hadisəsi baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Unikal.org-a bildirib ki, hazırda Nazirliyin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri yanğının söndürülməsi üçün çalışırlar.

Seymur Əli

***

12:28

Fövqəladə Hallar Nazirliyində (FHN) Qəbələdə baş vermiş yanğınla bağlı məlumat yayıb.

Unikal.org xəbər verir ki, məlumatda deyilir:

"112" qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.

Əlavə məlumat veriləcək".

***

11:31

Qəbələ rayonunda meşə yanır.

Unikal.org xəbər verir ki, yanğın hadisəsi bu gün səhər saatlarından etibarən rayonun Solqıca kəndi ərazisinə aid olan yüksək dağlıq-meşəlik ərazidə baş verib.

Hazırda yanğın davam edir.