Radikal "Taliban" hərəkatı işləyən əfqan qadınları öz təhlükəsizlikləri üçün evlərindən çıxmamağa çağırıb.

Unikal.org "New York Times" qəzetinə istinadən xəbər verir ki, bunu təşkilatın rəsmi nümayəndəsi Zabiullah Mücahid müsahibəsində deyib.

"Döyüşçülərimizin qadınlarla necə davranmaq lazım olduğuna dair təlim keçməməsindən narahatıq. Allah qorusun, qüvvələrimizin qadınlara zərər yetirməsini və ya təqib etməsini istəmirik", - deyə Mücahid belə deyib.

Eyni zamanda, o, bunun müvəqqəti bir hal olduğunu bildirib və işləyən qadınların maaşlarının evlərində ödəniləcəyinə dair vəd verib.

Ağarza Elçinoğlu