ABŞ-da atışma və yanğın nəticəsində ən azı 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Unikal.org xəbər verir ki, bu barədə CBS məlumat yayıb.

İnsident Vaşinqton ştatında qeydə alınıb.

Ötən gün səhər Finli yaşayış məntəqəsindən atışma və yanğınlar barədə ilk məlumat daxil olub. Polis hadisə yerində güllə yaraları almış kişini və yanmış iki ev aşkarlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Bundan başqa, müstəntiqlər yanmış evdə bir nəfərin meyitini tapıblar.

Polisin məlumatına görə, Finlidə yanğınları törətməkdə şübhəli bilinən şəxs eyni əməlləri Benton dairəsində təkrarlayıb. Kennevik şəhərində isə iki nəfərin meyiti tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarın meyitini onun avtomobilində aşkarlayıblar.