İtaliya hökuməti cənub bölgələrini öz əhatəsinə alan meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət tətbiq edib.

Unikal.org xəbər verir ki, bu barədə hökumət sarayı məlumat yayıb.

Calabria, Molise, Sardiniya və Siciliya bölgələrində meşə yanğınlarının geniş yayılması ilə əlaqədar olaraq altı ay müddətinə fövqəladə rejim elan edilib.

Avqust ayında İtaliyada anormal yüksək temperatur meşə yanğınlarına səbəb olub. Azı 5 nəfər meşə yanğınlarının qurbanı olub.

Avropada baş verən meşə yanğınlarına görə Yunanıstandan sonra ikinci yerdə olan İtaliyada təxminən 103 min hektar ərazi yanıb.

Ağarza Elçinoğlu