Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 225 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 768, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 457 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 689 031, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 043 744, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 645 287 təşkil edir.