Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, Füzuli rayon sakini T.Mirzəyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Quba rayon sakini Fərid Qayıbovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.