Göygöldə meyit tapılıb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

1957-ci il təvəllüdlü Nürəddin Məmmədovun işlədiyi bağda meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

64 yaşlı kişinin hansı səbəbdən ölməsi məlum deyil. İlkin ehtimala görə, N.Məmmədov bağda mühafizəçi işləyirmiş.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.