Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin adını daşıyan park ziyarət edildi, abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad olundu.

Bu barədə Unikal.org-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

***

10:14

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuroru Bekir Şahinin dəvəti ilə qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksinin açılışında, həmçinin “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda keçiriləcək beynəlxalq simpoziumda iştirak məqsədilə Ankara şəhərinə səfərə gedib.

Bu barədə Unikal.org-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.