"Hercai" serialında tərəf müqabili olan Oya Unustası ilə Ahmet Tansu Taşanlar cütlüyü evlənməyə hazırlaşır.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük ötən gün xına mərasimi təşkil edib. Gecədən özəl görüntülər sosial şəbəkədə yayılıb. Diqqətçəkən məqam isə aktyorun xınaya gələrək rəqs etməsi olub.