Misirdə sərnişin avtobusunun aşması nəticəsində 12 nəfər həyatını itirib.

Unikal.org Misirin rəsmi xəbər agentliyi MENA-ya istinadən xəbər verir ki, hadisə Qahirə-Süveyş avtomobil yolunda baş verib.  Qəza nəticəsində  34 nəfər ağır  yaralanıb. 

Əraziyə  çox sayda xilasedici qüvvələr  və  polis  cəlb olunub. Qəzanın baş vermə  səbəbi araşdırılır.