Böyük Britaniya vətəndaşları Əfqanıstana səyahət etməkdən çəkinməlidirlər - oradakı təhlükəsizlik vəziyyəti son dərəcə qeyri-sabit olaraq qalır.

Unikal.org xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin səyahətlə əlaqədar yenilənmiş tövsiyəsində deyilib.

"Əfqanıstanda daimi və terrorçuların hücumlarının yüksək təhlükəsi var", - deyə nazirlikdən bildirilib. 

Britaniya vətəndaşlarının ölkədən çıxarılması əməliyyatının dayandırıldığı qeyd olunub. Bildirilib ki, eyni zamanda bölgədə, xüsusən də Kabildə hava limanı bölgəsində terror hücumlarının olma ehtimalı çox yüksək olaraq qalmaqdadır.