Bakının “Neftçi” klubu növbəti hücumçu transferini rəsmiləşdirib.

Unikal.org xəbər verir ki, braziliyalı Tiaqo Bezerra ilə 1 il müddətinə müqavilə bağlanıb. Otuz dörd yaşlı futbolçu Bakı təmsilçisinin heyətində 9 nömrəli formanı geyinəcək.

Tiaqo Bezerra Belçikanın “La Luvyer”, Braziliyanın “Qama”, “İtuano”, CRB, Türkiyənin “Altay”, “Karşıyaka”, “Adanaspor”, “Adana Demirspor”, Küveytin “Əl-Ərəbi”, Səudiyyə Ərəbistanının “Əl-Kadisiya”, Özbəkistanın “Paxtakor”, Qətərin “Əl-Xor” və “Əl-Sailiya” klublarında çıxış edib.

Bezerra 2015/2016-cı il mövsümündə Küveyt federasiya kuboku yarışlarının ən yaxşı futbolçusu və bombardiri, 2018-ci ildə isə Özbəkistan Superliqasının ən yaxşı oyunçusu olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov, müdafiəçilər Romen Bask, Huqo Basto və hücumçu Ramon Maçadonu transfer edib.