İranda ötən sutka ərzində 505 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xarici  KİV-ə stinadən xəbər verir ki,  bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 112935 nəfərə yüksəlib. İranda ötən sutka ərzində 26821 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5237799 nəfərə çatıb.