Türkiyənin Aydın ərazisində  43 ildir mağarada yaşayan qadının həyat hekayəsi  hər  kəsi kövrəldib.  

Unikal.org xəbər verir ki,  95 yaşlı Emir Ayşe adlı qadın uzun zamandan sonra obyektivlər qarşına çıxıb. Belə  ki, ərinin illərdir  vədinə  sadiq  qalan qadın jurnalistlərə  açıqlamasında mağarada yaşamasından məmnun olduğunu  dilə gətirib. 

Qadının  həyat yoldaşı mağarada vəfat edib.  O,  ölərkən,  "Buradan heç yerə getmə",- deyə  arvadına vəsiyyət  edib. Ayşədə  buna görə  işığın və suyun olmadığı mağarada yalnız yaşayır.