Latviyada keçirilən hərbi təlimlər zamanı NATO-nun üç hərbçisi xəsarət alıb.

Unikal.org xəbər verir ki, hərbçilər bədbəxt hadisə nəticəsində zərər görüblər.

Qeyd olunur ki, xəstəxanaya yerləşdirilən hərbçilərdən biri qısa müddət sonra buraxılıb.

Hadisənin təfərrüatları açıqlanamayıb.