Livanın Beynəlxalq Valyuta Fondunun (BVF) ayırdığı xüsusi kredit hüququndan (SDR) 1 milyard 135 milyon dollar alacağı açıqlanıb.  

Unikal.org xarici KİV-ə  istinadən xəbər verir ki, ölkənin maliyyə nazirliyi, BVF-nin 2021-ci il üçün 860 milyon dollar və 2009-cu il üçün 275 milyon dollar da daxil olmaqla, Livana cəmi 1 milyard 135 milyon dollar ayırdığını bildirib. 

Nazirliyin açıqlamasında, BVF-nin bu məbləğin 16 sentyabrda Livan Mərkəzi Bankı hesablarına köçürüləcəyini qeyd olunub. 

Gülayə  Mecid