"Koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyətində dünəndən pisləşmə müşahidə olunur".

Unikal.org-un məlumatına görə, bunu "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Onun sözlərinə görə, bu da əsasən kəskin böyrək çatışmazlığı ilə bağlıdır: "Bu məqsədlə ona hemodiyafiltrasiya dediyimiz fasiləsiz böyrək əvəzedici terapiya başlanıb".