ABŞ-da Yevangelist Lüteran kilsəsinə ilk dəfə olaraq transseksual yepiskop seçilib.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, Meqan Rohrer may ayında bu vəzifəyə seçilib, fəaliyyətə isə 11 sentyabrda başlayıb.

O, Kaliforniya və Nevada ştatında 200 kilisənin işinə nəzarət edəcək. Buna qədər Rohrer şəhərdəki evsizlərə və LGBT icmalarına kömək edib. Qərb mediası yepiskopun öz xahişi ilə ona "onlar" əvəzliyindən istifadə edir.