Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskonti ilə görüşüb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Görüşdə Fransa XİN rəsmisi Silven Qiyoqe də iştirak edib. Görüşdə Qarabağ məsələsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Mirzoyan Minsk qrupunun rusiyalı yeni həmsədri İqor Xovayevlə görüşüb.