BMT Əfqanıstanda humanitar əməliyyatları dəstəkləmək üçün 20 milyon dollar ayıracaq.

Unikal.org xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterriş bildirib.
Onun sözlərinə görə, Əfqanıstana kömək etmək üçün başqa sahələrdə işlərin görülməsinə ehtiyac var:

“Xüsusilə humanitar işçilərin ölkənin müxtəlif bölgələrinə çıxışı təmin edilməlidir. Digər ölkələrdən malların çatdırılması da zəruridir. Bunun üçün Kabul hava limanının fəaliyyətini bərpa etmək vacibdir”.