ABŞ-ın Nyu-Cersi  ştatında  Eduardo Matut adlı  polis  gündəm mövzusuna çevrilib. 

Unikal.org xəbər verir ki,  o,  ikinci mərtəbənin eyvanından atılan 1 aylıq körpəni yerə düşmədən tutaraq həyatını xilas etdiyinə  görə məşhurlaşıb. Daha sonra polis körpəni xəstəxanaya aparıb. Onun sağlıq  durumunun yerində  olduğu  bildirilib.

 Eduardo Matut bundan sonra körpənin ailəsini  bölməyə  çağırıb. Onları  1 aylıq balacaya etinasız yanaşdıqlarına və  ölümə  tərk etdiklərinə görə  cəzalandırıb.  Polis özü isə  ştat baş polisi  tərəfindən "Qəhrəman" adına layiq görülüb.