Gürcüstanda son sutkada daha 1 929 nəfərdə koronavirus aşkarlanıb, 33 pasiyent vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 611 269-a, vəfat edənlərin sayı isə 8 917-yə çatıb.

Ötən 24 saat ərzində 1 914, ümumilikdə 582 805 nəfər müalicə olunaraq sağalıb.