ABŞ Narkotiklərlə Mübarizə İdarəsi, sosial mediada və e-ticarət platformalarında tez-tez rast gəlinən saxta dərmanlarla əlaqədar xəbərdarlıq edib. 

Unikal.org xəbər verir ki, ABŞ rəsmiləri xalqa saytlara sosial şəbəkələrdə gördükləri reseptsiz tabletləri almamağı tövsiyə edib. 

Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) direktoru, mütəxəssis Anne Milgram, "Təhlükəli və çox asılılıq gətirən kimyəvi maddələr olan saxta həblər ölümcüldür.  Əvvəlkindən daha əlçatandır. DEA laboratoriya təhlili göstərir ki, hər beş fentanil saxta həbdən ikisində ölümcül bir doz var",- deyərək, insanlara narkotik və  digər zərərli  maddələrdən uzaq durmağa səsləyib. 

Bildirək ki,  bu, 2015 -ci ildən bəri ABŞ-da narkotik maddələrin həddindən artıq dozadan ölməsinin 93.000-ə çatmasından sonra ilk ictimai xəbərdarlıqdır və bu, indiyə qədərki ən yüksək göstəricidir.

Qeyd edək ki, saxta həblərin böyük əksəriyyəti Meksikada istehsal olunur.

Gülayə  Mecid