ABŞ Prezidenti Cozef Bayden oktyabrın sonunda Vatikanda Roma Papası Fransisklə görüşəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vatikanın dövlət katibi kardinal Pietro Parolin bildirib.

Onun sözlərinə görə, görüş Ağ Ev rəhbərinin G20 ("Böyük İyirmilik") sammiti üçün Romaya səfəri çərçivəsində baş tutacaq.