Aktyor Rıza Kocaoğlu yeni eşqə yelkən açıb.

Unikal.org xəbər verir ki, aktyor "Atiye" serialının rejissor köməkçisi Burcu Alptekinlə sevgilidir. Cütlük Cihangirdə səmimi şəkildə görüntülənib. Rıza ətrafdakı insanlara əhəmiyyət vermədən Burcunu boynundan öpərək onu qucaqlayıb.

İkili həmin anları görüntüləyən paparatsilərin münasibətləri ilə bağlı suallarını cavabsız qoysalar da bu çəkilişdən narahat olmayıblar.

Qeyd edək ki, "Çukur" serialında "Aliço" obrazına həyat verən Rıza hazırda "Üç kuruş"da rol alır