Əfqanıstanın şərqindəki Xost əyalətində dini məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb.

Unikal.org xarici  KİV-ə  istinadən xəbər verir ki,  hadisə  nəticəsində 15-dən çox insan ağır  yaralanıb. 

Əfqanıstan müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dini məktəbdə əl qumbarası partladılıb.

Faktla bağlı araşdırma aparılır.